Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bayden Consona velosiped hədiyyə etdi əvəzində portret aldı

113 Baxış

ABŞ prezidenti Co Bayden Britaniyanın Baş naziri Boris Consonla görüşdə ona velosiped və dəbilqə hədiyyə edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Hadisəyə Ağ Evdən də reaksiya gəlib.

Açıqlamada qeyd olunur ki, hədiyyə dostluq jesti olaraq seçilib və iki liderin velosiped sürməyə olan ümumi marağı nəzərə alınıb.

Öz növbəsində B. Conson da C.Baydenə Frederik Duqlasın (1817-1895) Edinburqda çəkilmiş portretini hədiyyə edib.

Qeyd edək ki, C.Bayden və B.Consonun ikitərəfli görüşü G7 ölkələrinin sammiti ərəfəsində keçirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678