Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Roma yaxınlığında üç nəfəri öldürən şəxs intihar edib

122 Baxış

Roma yaxınlığındakı Ardea şəhərində dəhşətli cinayət baş verib.

35 yaşlı kişi günorta saatlarında küçənin ortasında ikisi uşaq olmaqla üç nəfəri güllələyib.

Bu barədə “Tgcom24” portalı məlumat yayıb.

Məlumata əsasən, adı açıqlanmayan şəxs yaşlı kişi və nəvələrinə atəş açıb. Qoca yerindəcə həlak olsa da, onun 3 və 8 yaşlı nəvələri ağır yaralanıb. Lakin xəstəxanaya çatdırılan azyaşlıları xilas etmək mümkün olmayıb.

Atəş açan şəxs polis tərəfindən mühasirəyə alındıqdan sonra öz evində intihar edib.  

Qonşuların sözlərinə görə, o, psixi pozuntulardan əziyyət çəkib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678