Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

84 yaşlı fermer öz həzin səsi ilə “YouTube” fenomenlərindən birinə çevrilib – VİDEO

117 Baxış

84 yaşlı fermer Con Batler özünün də gözləmədiyi bir halda “YouTube”da ən çox izlənilən britaniyalılardan birinə çevrilib.

Bu barədə BBC-nin onun barədə hazırladığı reportajda qeyd olunur.

2016-cı ildə yaşlı fermer ilk dəfə yerli televiziya kanalına müsahibə verib və tamaşaçılar onun həzin səsinə və davranışına heyran olublar.

2017-ci ildə “YouTube”da özünün “Spiritual Unfoldment with John Butler”( “Con Batlerlə mənəvi inkişaf”) kanalını açan C.Batler orada mənəviyyat və meditasiya mövzularında videolar yerləşdirib.

Öz həzin səsi ilə insanların psixoloji vəziyyətini, onların ruhi sağlamlığı və harmoniya axtarışında olmasını, həmçinin humanizm, tənhalıq və təbiət barədə oxuduğu şeirlər qısa zaman kəsiyində onu internet fenomenlərindən birinə çevirib.  

C. Batler xüsusən COVID-19 pandemiyası dövründə hazırladığı videolarla böyük rəğbət qazanıb, paylaşımları milyonlarla baxış sayı əldə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678