Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putinlə Bayden arasında görüş başladı – VİDEO

116 Baxış

Rusiya Prezidenti Vladimir Putin İsveçrənin paytaxtı Cenevrədə amerikalı həmkarı Co Baydenlə görüşüb.

“RİA Novosti” xəbər verir ki, iki ölkə liderləri bir-birinin əlini sıxıblar.

Görüşün keçiriləcəyi La Qranj villasına ilk olaraq Putin, ondan 12 dəqiqə sonra Bayden daxil olub.

Onlar İsveçrə Prezidenti Qi Parmelonla foto çəkdirdikdən sonra görüşə başlayıblar.

Qeyd edək ki, bu, Putinlə Baydenin ilk görüşüdür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678