Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni nazirin avtomobili ağır qəzaya səbəb oldu: Yaralılar var

138 Baxış

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın avtomobili ağır qəzaya səbəb olub.

Bu barədə erməni mediası xəbər yayıb.

Bildirilir ki, Surenavan kəndi yaxınlığında nazirə məxsus olan və yüksək sürətlə hərəkət edən “Toyota” markalı maşın qarşı yoldan gələn VAZ-2121 avtomobilinə çırpılıb.

Qəza zamanı nazirin özü də avtomobildə olub.

Nəticədə VAZ-da olan 14 yaşlı yeniyetmə, nazirin avtomobilində olan 23 və 24 yaşlı şəxslər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Həkimlər yeniyetmənin vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər.

O da vurğulanıb ki, hökumət səlahiyyətliləri hadisəni maşının əyləci ilə əlaqələndirmək üçün əlindən gələni edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678