Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ Senatına nəzarət 2021-ci ilə qədər təxirə salına bilər

149 Baxış

ABŞ-ın yenidən seçkilərin keçirildiyi Corciya ştatında Senatda iki yer uğrunda yarışda namizədlərdən heç biri səslərin 50 faizini qazanmayıb.

“Associated Press”in məlumatına görə, çox güman ki, iki partiyadan hansının qanunverici orqanın yuxarı palatasında çoxluğu alacağı məsələsi gələn ilə qədər təxirə salınacaq.

İkinci tur 2021-ci il yanvarın 5-də baş tuta bilər.

Corciyada iki senator birdən seçilir, çünki respublikaçı Con İsakson xəstəlik səbəbindən istefasını elan edib. Nəticədə, ştatda həm senator seçkisi, həm də erkən seçkilər keçirilir.

Respublikaçı David Perdyu və Demokratlar Partiyasının namizədi Con Ossoff yerlərdən biri uğrunda yarışın ikinci turunda mübarizə aparacaqlar. İkinci namizəd cütlük respublikaçı Kelli Loffler və demokrat Rafael Uornokdur.

Agentlik hesab edir ki, respublikaçılar və demokratlar artıq Senatda hər biri 48 yer qazanaraq, seçkilərində eyni səviyyədədirlər. Corciyadakı iki yer istisna olmaqla, nəticələr Şimali Karolina və Alyaskada qeyri-müəyyən olaraq qalır.

Belə bir vəziyyətdə Senatda səs çoxluğu əldə etmək üçün tərəflərin hər birinin prezident seçkilərində də qalib gəlmək şərtilə ən azı iki yer qazanması lazımdır. Belə olan halda həmin partiyanın üzvü olan vitse-prezident də Senatda səs hüququ qazanacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678