Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kanadada miqrantlar qandallanır, zəncirlənir…” – Beynəlxalq təşkilatlardan ortaq HESABAT

116 Baxış

“Amnesty International” və “Human Rights Watch”un Kanada filialları ölkədə miqrantlara rəftarla bağlı birgə hesabat hazırlayıblar.

“CanadianPress” xəbər verir ki, hesabatda ölkədə sığınacaq axtaranlar da daxil olmaqla immiqrasiya təcridxanalarında saxlanılan insanların müntəzəm olaraq qandallanması, zəncirlənməsi və xarici dünya ilə az və ya heç bir təmasda olmadığı qeyd edilib.

“Amnesty International”ın baş katibi Ketti Nivyabandinin sözlərinə görə, ölkədə immiqrant nəzarət sistemi Kanadanın zəngin müxtəliflik, bərabərlik və ədalət dəyərləri ilə tamamilə ziddir.

O bildirib ki, ölkəyə təhlükəsizlik və daha yaxşı bir həyat üçün gələn insanlar irqçilik, təqib və insan haqları pozuntuları ilə qarşılaşmamalıdırlar.

Nivyabandi vurğulayıb ki, Kanadan pozuntuların və beynəlxalq nəzarətin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Konvensiyanın Protokolunu imzalamalı və dərhal təsdiqləməlidir.

Qeyd edilir ki, ağdərili olmayan 15-83 yaş arası 8 825 nəfər əyalət həbsxanalarında daha uzun müddət saxlanılır. Bundan başqa, 73-ü altı yaşdan kiçik olmaqla 136 uşaq nəzarətə götürülən ailələrindən ayrılmamaq üçün həbsxanalarda qalır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678