Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus infeksiyası “cavanlaşır”

119 Baxış

“Koronavirus infeksiyası “cavanlaşır”.

TASS-ın məlumatına görə, bu barədə Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin laboratoriya müdiri Vladimir Quşin xəbər verib.

Onun sözlərinə görə, xəstəliyin gənclərdə getdikcə daha ağır halları qeydə alınır.

“Gördüyümüz kimi, zaman keçdikcə yeni ştammlarda xüsusiyyətlər yaxşılığa doğru dəyişmir. Əksinə, insandan insana ötürülmə qabiliyyətinin artdığını, insanların daha ağır xəstələndiyini, xəstəliyin “cavanlaşdığını”, gənclər arasında daha ağır halların olduğunu görürük”, – deyə o, vurğulayıb.

Quşinin dediyinə görə, hazırda COVID-19 infeksiyasına təkrar yoluxma halları var. Bu səbəbdən vaksinasiya pandemiya ilə mübarizənin yeganə təsirli yoludur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678