Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Britaniyanı hədəfi vurmaqla hədələdi

103 Baxış

Vyanada keçirilən hərbi təhlükəsizlik və silahlar üzərində nəzarət məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Konstantin Qavrilov Britaniyaya xəbərdarlıq edib.

“RİA Novosti” xəbər verir ki, K.Qavrilov krallığa məxsus “Defender” hərbi gəmisinin Qara dənizdə Rusiyanın ərazi sularına daxil olmasını əsas gətirərək, belə halın təkrarlanacağı təqdirdə hədəfin vurulacağını bildirib.  

Qeyd edək ki, məsələ ilə əlaqədar Rusiya XİN Britaniyaya nota verib. Buna cavab olaraq, qarşı tərəf hərbi gəminin Rusiyanın su sərhədlərini pozmadığını və Ukrayna ərazi sularında hərəkət etdiyini bəyan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678