Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Altı inkişaf etmiş ölkədə koronavirusa yoluxmanın su samuru ilə əlaqəsi aşkarlandı

150 Baxış

İspaniya, İtaliya, Niderland, ABŞ və İsveçrədə su samuru ferması ilə əlaqəli koronavirus infeksiyasına yoluxma müəyyən edilib.

“İnterfaks” bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən xəbər yayır.

Kopenhagendə koronavirusun belə bir mutasiyasının hər hansı bir peyvəndin effektivliyini poza biləcəyi deyilir.

Eyni zamanda, alimlər hesab edir ki, virusun mutasiyaları əksər hallarda heç bir zərər verməyən və insanlarda xəstəliyin daha ciddi gedişinə səbəb olmayan tipik hadisədir.

Xatırladaq ki, Danimarkadakı su samuru təsərrüfatlarında koronavirusun mutasiyası aşkar edilmiş, bu səbəbdən ölkənin şimal-şərqində xüsusi məhdudiyyətlər tətbiq olunmuşdu.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678