Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan əsilli gülüş ustası Moskvada hücuma məruz qalıb – VİDEO

124 Baxış

Moskvanın mərkəzində azərbaycan əsilli Belarus gülüş ustası İdrak Mirzəlizadəyə hücum edilib.

Müvafiq görüntüləri o, sosial şəbəkədə paylaşıb.

“Stand-up Club № 1” layihəsinin prodüseri və bir neçə şou verilişinin aparıcısı kimi tanınan Mirzəlizadə son ay ərzində minlərlə təhdid dolu mesajlar aldığını və ona hücuma görə pul mükafatı təyin edildiyini bəyan edib.  

Qeyd edək ki, gülüş ustasına hücumun səbəbi çıxışından kəsilərək “Instagram”da paylaşılan bir fraqment olub. Görüntülərdə komik “deyəsən ruslar nəcisi özlərinə sürtüb, sonra yatırlar”, – deyə bildirib. Məhz bu videonu Vladimir Solovyov öz verilişində nümayiş etdirərək, Mirzəlizadəni rusofob kimi təqdim edib. Hərçənd ki, Mirzəlizadə onun sözlərinin kontekstdən çıxarıldığını və bunun üçün də yalnış anlaşıldığını vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678