Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da törədilən bütün cinayətlərin kökü İrəvana gedib çıxır

132 Baxış

Qan Turalı yazır…

ASALA haqqında cəmiyyətimizdə az-çox məlumat var.

Diaspor ermənilərinin qurduğu bu təşkilat Türkiyə xüsusi xidmət orqanının raportuna görə, 1991-ci ildə tamamilə dağılıb.

Ancaq elə həmin illərdə “Erməni gücü” (Armenian power) adlı mütəşəkkil dəstə yarandı. ASALA-dan fərqli olaraq bu dəstə mafioz qruplaşma idi. Qurucusu isə 1989-cu ildə Ermənistandan ABŞ-a, Şimali Kaliforniyanın Los-Anceles şəhərinə gələn Armen Petrosyan…

O illərdə Los-Anceles küçələrinə meksikalı qruplar hakim idi. 26 yaşlı Petrosyan 120 erməni gənci ilə “Erməni gücü” adlı mütəşəkkil cinayətkar dəstə yaratdı. Bir neçə dəfə məhkum edilmiş “Lal-dinməz” (Silent) ləqəbli Petrosyan 2001-ci ildə qətlə yetirildi. İlk zamanlarda erməniləri meksikalılardan qorumaq üçün qurulan küçə dəstəsi sürətlə mafioz qruplaşmaya çevrildi. FBİ-yın (Federal Təhqiqat Bürosu) üç il davam edən “Elekrik kəsintisi” adlı əməliyyatı nəticəsində mütəşəkkil cinayətkar dəstənin 90 üzvü həbs edildi. Onlar reketçilik, narkotik alveri, quldurluq, oğurluq, fırıldaqçılıq kimi cinayətlərdə ittiham edilərək məhkum edildilər. Medianın ən çox müzakirə etdiyi cinayət isə POS-terminallarla bağlı idi.

Belə ki, marketlərdəki POS-terminallara yerləşdirilən qurğu vasitəsi ilə müştərilərin kart məlumatları toplanılır, sonra isə onların kartındakı vəsaitlər mənimsənilirdi. FBİ əməkdaşı, xüsusi agent Luis Peres “Erməni gücü”nü belə xarakterizə edirdi: “Onlar üçün balaca ya da böyük iş yoxdur. İçində pul olan hər işlə məşğuldurlar. Onlar öz məhəllələrində quldurluq edən adi küçə dəstəsi deyil, beynəlxalq əlaqələri olan mürəkkəb bir mafioz qrupdur”. Mafiya ilə mübarizədə ixtisaslaşan xüsusi agenti təəccübləndirən bir məqam vardı: “Erməni gücünün üzvləri bir şəxsi təhdid etmək üçün onu güllə ilə ayağından vururdular”.

FBİ əməliyyatları erməni mafiyasına ağır zərbələr endirdi. Mafiyanın At, Boynuyoğun, Şəkər, Manyak, Topçu ləqəbləri ilə tanınan liderləri həbsxanaya salındı. Ümumilikdə, 85 nəfər azadlıqdan məhrum edildi.

Çətin günlər yaşayan “Erməni gücü” ancaq tamamilə məhv olmadı, Meksika mafiyası ilə əlaqələr qurdu. 2014-cü ilin Sevgililər günündə ABŞ Ədliyyə nazirliyi məlumat yayaraq Andronik Aloyanın rəhbərlik etdiyi mafioz dəstənin yaxalandığını bildirdi. Ahıl insanların bank məlumatları oğurlanmış və 25 milyon dollar məbləğində pulu mənimsənilmişdi. Bu ABŞ tarixinin ən böyük fırıldaqçılıq cinayətlərindən biri idi.

Məhkəmə Aloyanla birgə 78 nəfəri bu cinayətə görə məhkum etdi. 2014-cü ilin aprel ayında polis mafioz qrupun üç liderini də həbsə aldı. Məhkəmə 57 cinayət törətmiş Darbinyanı 973 il azadlıqdan məhrum etdi. Digərləri isə 60 və 30 il cəza aldılar.

Ancaq başqa bir FBİ xüsusi agenti Ceremi Stebbins kütləvi həbslər və uzunmüddətli məhkumluqlara baxmayaraq optimist deyil: “İndi də başqaları mafiaya rəhbərlik edəcək, yeni fırıldaqlar tapacaq, biz də onları həbs etməyə çalışacağıq”. Yuxarıda da qeyd etdiyim kimi “Erməni gücü” beynəlxalq əlaqələri olan mafiya qrupudur. Belə ki, FBİ-nin Antiterror bölümünün məlumatına görə, onun bəzi üzvləri Suriyada Bəşir Əsəd tərəfində vuruşur. FBİ-nin 2011-ci il əməliyyatlarından sonra hazırladığı hesabatda “Erməni gücü”nün Rusiya və Ermənistandakı mafioz qruplarla sıx əlaqədə olduğu, öz aralarındakı mübahisələri həll etmək üçün onları hakim təyin etdiyi bildirilir. Dörd il sonra hazırlanan FBİ hesabatında həmin əlaqələr yenidən vurğulanır. Ancaq “Erməni gücü” ABŞ-dakı yeganə erməni mafiyası deyil. Onlardan ən məşhuru Armen Kazaryanın başçılıq etdiyi qrupdur.

O, Mirzoyan-Terdcanyan qrupu ilə cinayətkar əlaqəyə girərək minlərlə şəxsin sənədləri oğurlanmasına, saxta tibbi sığorta sənədlərinin tərtib ediməsinə və ümulilikdə 35 milyon dollar vəsaitin mənimsənilməsinə nail olmuşlar. Erməni Mili Konqresinin rəhbəri isə Armen Kazaryanın Robert Koçaryan və Serj Sarqsyanla sıx əlaqədə olduğu, 2008-ci ildə ABŞ-dan müxalifətə qarşı cinayət aktları təşkil etmək üçün qayıtdığını bildirir. Bir sözlə, ABŞ-da törədilən bütün cinayətlərin kökü İrəvana gedib çıxır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678