Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiya Marsın peykinə kosmik gəmi göndərməyə hazırlaşır – VİDEO

105 Baxış

Yaponiya 2024-cü ildə Marsın Fobos peykinə kosmik gəmi göndərmə ehtimalını nəzərdən keçirir.

NHK-nın məlumatına görə, bu barədə Yaponiyanın Baş naziri Yosihide Sugi bəyan edib.

“Kosmos – insanlara xəyallar və ümidlər verən sərhəddir, eyni zamanda gələcəyin iqtisadiyyatı və cəmiyyətini dəstəkləyən təməldir. Bugünkü qərar əsasında lazımi tədbirləri gücləndirəcəyik”, – deyə o bildirib.

Kosmik gəminin Fobosa Yaponiyanın Aerokosmik Agentliyi (JAXA) tərəfindən göndərilməsi planlaşdırılır.

Marsın peykindən 2029-cu ilədək torpaq nümunələrinin alınması və dünyaya çatdırılması planlaşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678