Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT-nin baş katibi: Koronavirus peyvəndləri virus mutasiyalarına görə təsirini itirə bilər

119 Baxış

Koronavirusa qarşı peyvəndlər mutasiyaya görə təsirsiz hala gələ bilər.

TASS-ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterres açıqlama verib.

“Virus alov kimi yayılır. Ən faciəlisi isə meydana gələn mutasiyaların peyvəndlərimizi təsirsiz hala çevirməsi riskinin olmasıdır”, – deyə Quterres bildirib.

O, bu səbəbdən qlobal peyvənd planına ehtiyac olduğunu təkrar-təkrar vurğuladığını bildirib.

“Mikroskopik virus artıq dörd milyona yaxın insanın ölümünə səbəb olub və dünya iqtisadiyyatını pozub. Biz isə hələ də virus qalib gələcəyimizi dəqiq bilmirik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678