Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli məşhur dələduz “Tosuncuk” xüsusi təyyarə ilə İstanbula gətirildi – VİDEO

124 Baxış

“Çiftlikbank” adlı internet oyunu vasitəsilə on minlərlə insanın külli miqdarda vəsaitini fırıldaqçılıq yolu ilə mənimsəyərək Uruqvaya, ardınca isə Braziliyaya qaçan “Tosuncuk” ləqəbli Türkiyə vətəndaşı Mehmet Aydın xüsusi təyyarə ilə ölkəsinə gətirilib.

Bu barədə “İhlas Haber Ajansı” (İHA) məlumat yayıb.

Onu gətirən təyyarə bu gecə İstanbul hava limanına eniş edib.

Xatırladaq ki, “Tosuncuk” ləqəbli Mehmet Aydın 2016-cı ilin avqust ayında qurduğu “Çiftlikbank” adlı internet oyunu vasitəsilə 132 222 nəfər müştərinin bir milyard 139 milyon türk lirəsini mənimsəyərək ölkədən qaçmışdı.  

O, Türkiyənin təhlükəsizlik qüvvələri və “İnterpol” tərəfindən axtarışda idi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678