Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yüngül mühərrikli təyyarə qəzaya uğraması nəticəsində altı nəfər həlak olub

121 Baxış

Haitinin qərbində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə yerli “Haiti Press Network” nəşri məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Port-o-Prens şəhərindən Jakmel adlanan yaşayış məntəqəsinə doğru hərəkət edirmiş.

Məlumata görə, hadisə zamanı təyyarədə altı nəfər olub. Onların dördü qəzada ölüb. İki nəfər pilot isə qəzadan sağ çıxıb.

“France-Presse” agentliyinin xəbərində isə təyyarədə olan altı nəfərin hamısının vəfat etdiyi qeyd olunur.

İlkin məlumatlara görə, təyyarə Haiti parlamentinin keçmiş üzvünə məxsusdur.

Qəzanın səbəbləri ilə bağlı təhqiqat aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678