Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çexiyada film çəkilişi zamanı partlayış: Yaralılar var

131 Baxış

Çexiyanın paytaxtı Praqada cinayət aləminə dair kəskin sujetli filmin çəkilişi zamanı partlayış baş verib.

Portal.rozhlas.cz xəbər verir ki, çəkiliş üçün dekorasiya hazırlanan zamanı naməlum kimyəvi maddə partlayıb və üç nəfər yaralanıb.

Partlayışın işçilərin ehtiyatsızlığı səbəbindən baş verdiyi iddia edilir.

Zərərçəkənlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin ayaqları amputasiya edilib.

Polis hadisənin təfərrüatı barədə hələ məlumat verməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678