Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tacikistan KTMT-ni köməyə çağırdı

128 Baxış

Tacikistan ölkənin Əfqanıstanla sərhədində yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, Tacikistanın təşkilat yanında daimi nümayəndəsi Həsən Sultonov respublikanın Əfqanıstandan gələn təhlükə ilə təkbaşına mübarizə apara bilməyəcəyini bəyan edib. O, KTMT ölkələrini sərhəd böhranının həlli üçün Tacikistana yardım etməyə çağırıb.

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardından ölkədəki Taliban yaraqlıları fəallaşıb. Onlar bir sıra əraziləri, o cümlədən də Tacikistanla sərhəd rayonlarını ələ keçiriblər. Sərhəd zastavalarında xidmət edən Əfqanıstan hökumət qüvvələrinin yüzlərlə hərbçisi isə ölüm təhlükəsi altında sərhədi keçərək Tacikistan ərazisinə daxil olublar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678