Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lukaşenko Belarusda xaosa görə müharibə olacağını istisna etmir

167 Baxış

Belarus Prezidenti Alekandr Lukaşenko ali hərbi təhsil müəssisələrinin məzunları və yüksək rütbəli zabitlərlə görüşdə çıxış edərək, indi müharibəyə əvvəlkilərdən fərqli şəkildə hazırlaşmağın lazım olduğunu deyib.

“Mükəmməl bir şəkildə başa düşürsən ki, müharibə, çox güman ki, xaricdən təcavüzlə başlamayacaq, içəridən başlayacaq, xalqımızın zehninin məhv edilməsindən başlayacaq”, – deyə “Pul_1” “Telegram” kanalı Lukaşenkonun çıxışından sitat gətirib.

Belarus lideri qeyd edib ki, əvvəlcə ölkəyə xaos səpiləcək və yalnız bundan sonra lazım gələrsə xarici qüvvələr gətiriləcək.

“Bu barədə danışmışdıq, milli təhlükəsizlik konsepsiyamızın özü budur”, – deyə Lukaşenko vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678