Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qlobal ərzaq qiymətləri son 12 ayda ilk dəfə azalıb

132 Baxış

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı iyun ayında 124,6 bal olan FAO Qida Qiymətləri İndeksinin aylıq olaraq 2,5 faiz azaldığını və əvvəlki ilin eyni ayına görə 33,9 faiz artdığını açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, iyun ayında aylıq olaraq qeydə alınan azalma indeksdə 12 aylıq artımdan sonra ilk azalma olub. Sözügedən azalma bitki mənşəli yağların, dənli bitkilərin və süd məhsullarının qiymətlərindəki enmədən qaynaqlanıb.

Beynəlxalq səviyyədə palma, soya və günəbaxan yağının qiymətlərində enmələr qeydə alınıb.

FAO Taxıl Qiymətləri İndeksi aylıq olaraq 2,6 faiz azalıb və illik bazda 33,8 faiz artıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678