Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saxlanılan amerikalılar Haiti Prezidentinə hücumda əsas məqsədi açıqladılar – FOTO/VİDEO

125 Baxış

Haiti prezidenti Jovenel Moizin öldürülməsi ilə əlaqədar saxlanılan amerikalılar dindirilmə zamanı dövlət başçısına edilən hücumda əsas məqsədi açıqlayıblar. Onların sözlərinə görə, muzdluların hədəfi ölkə rəhbərini öldürmək olmayıb.

Bu barədə “Nouvelliste” istintaqda iştirak edən hakimə istinadla xəbər verib.

Məlumata görə, saxlanılanlar arasında Haiti əsilli iki amerikalı da var.

“Onlar tərcüməçi olduqlarını deyirlər. Muzdluların məqsədi prezident Moizi istintaq hakiminin fərmanı ilə həbs etmək idi, öldürmək yox”, – deyə hakim Klement Noel bildirib. Söhbətin hansı əmrdən getdiyi isə açıqlanmır.

Noelin sözlərinə görə, şübhəlilərdən biri bu işi internetdə tapdığını bildirib. O, Haitiyə bir ay əvvəl, muzdlular isə üç ay əvvəl girib.

Hakim eyni zamanda qatillərin olduğu iddia edilən avtomobillərdə aparılan axtarışların nəticələrindən də danışıb. Onun sözlərinə görə, orada odlu silahlardan və dollarlardan əlavə, Moizin evində quraşdırılmış müşahidə kamerasının serveri və birinci xanımın çek dəftəri də tapılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678