Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Brenson kosmos səyahətində Bezosu qabaqladı – VİDEO

123 Baxış

Britaniyalı milyarder Riçard Brenson dünyanın ən varlı adamı və “Amazon”un qurucusu Ceff Bezosdan daha əvvəl kosmosa uçub.

Bu barədə “Virgin Galactic” şirkəti “Twitter” hesabında məlumat verib.

Şirkətə məxsus “Unity-22” kosmik uçuş aparatını daşıyan “Eva” təyyarəsi ABŞ-ın Nyu-Meksika ştatındakı bazadan havaya qalxıb. Aparatın artıq Yerin atmosferilə kosmos arasında sərhəd hesab edilən Karman xəttini keçərək geri qayıtdığı bildirilib.

Qeyd edək ki, Bezosun uçacağı “New Shepard” suborbital kosmik gəmisinin uçuşu 20 iyul tarixinə planlaşdırılıb.

Take-off! The #Unity22 crew including @RichardBranson leave Spaceport America, New Mexico for #VirginGalactic’s first fully-crewed spaceflight. pic.twitter.com/RxGYp90nu8

— Virgin Galactic (@virgingalactic) July 11, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678