Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilib

112 Baxış

Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə artıq başa çatıb.

TASS xəbər verir ki, ölkə üzrə fəaliyyət göstərən 13 min seçki məntəqəsi seçicilərin üzünə bağlanıb.

Hazırda səslərin sayılması prosesi gedir.

Ölkənin Mərkəzi Seçki Komissiyası builki seçkilərdə ciddi qanun pozuntularının müşahidə olunmadığını bildirib.

Qeyd edək ki, seçkilərdə Bolqarıstan parlamentindəki 240 yer uğrunda 23 siyasi partiya və blok mübarizə aparıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678