Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanda vəfat edən operatorun ilkin ölüm səbəbi açıqlanıb

119 Baxış

Gürcüstanın “Pirveli TV” telekanalının operatoru Aleksandr Laşkaravanın ölümünə səbəb narkotik maddələrdən həddindən artıq istifadə ola bilər.

Bu barədə “RİA Novosti” Gürcüstan DİN-ə istinadən məlumat yayıb. 

Nazirlikdən məlumatın ilkin rəy xarakteri daşıdığı bildirilib.

Xatırladaq ki, telekanal əməkdaşı Tbilisidə seksual azlıqlara qarşı keçirilən aksiya zamanı döyülmüşdü.

Onun ölümündən sonra ölkədə kütləvi etirazlar dalğası baş qaldırıb. Etirazçılar Baş nazirin və hökumətin istefasını tələb edirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678