Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp Baydeni tənqid etdi: “Taliban bizim silahlarla parad keçirir”

161 Baxış

Prezident Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ qoşunları Əfqanıstanda milyardlarla dollarlıq silah və təchizatı qoyub gedir, bu silahlar isə Talibanın əlinə keçir.

TASS-ın məlumatına görə, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp danışıb.

“Bayden milyardlarla dollarlıq təchizatı orada qoyur. Mən generallara demişdim ki, hər bir mismarı belə qaytarsınlar. Bütün tankları qaytarmalarını istəyirəm. Bunun əvəzinə indi Taliban Baydenin onlara saxladığı bizim silahlarımızla parad keçirir. Bu, biabırçılıqdır”, – deyə D.Tramp bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678