Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Niderlandda məhdudiyyətlər qaldırıldı, yoluxma kəskin artdı

110 Baxış

Niderlandda koronavirusa gündəlik yoluxma sayı yenidən 10 mindən çox olub.

“Haber Global” məlumat verir ki, son 24 saatda 10 345 nəfərdə COVID-19 müəyyən edilib. Bu, 2020-ci iin dekabrından bəri ilk yüksək göstəricidir.

Qeyd edilir ki, yoluxma sayı bir gün əvvələ görə 3 390 nəfər və ötən həftə ilə müqaisədə 7,5 qat artıb.

Niderland hökumətinin qərarı ilə ötən gündən ölkədə yenidən karantin qadağaları qüvvəyə minib. Avqustun 13-nə qədər bütün kafe, bar, restoran və diskotekalar gecə saatlarında bağlı qalacaq.

Ölkədə normallaşma çərivəsində açılan disko ziyafətlərin birində iştirak edən 600 nəfərdən 165-nin koronavirus testi poztiv çıxıb.

Neqativ test nəticəsi təqdimetmə məcburiyyətinə rəğmən 165 nəfərin necə yoluxduğu bilinmir. Niderlandlı səlahiyyətlilər həmin iştirakçıların hiylə işlətmələrini istisna etmirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678