Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Taliban” yaraqlıları onlarla silahsız əsiri güllələdilər – VİDEO

112 Baxış

Əfqanıstanda “Taliban” hərəkatının yaraqlıları əsir aldıqları hökumət qüvvələrinin əsgərlərini güllələyiblər.

Müvafiq kadrları CNN təqdim edib.

Kadrlarda bir qrup silahsız hərbçinin “Allahu Əkbər” sədaları altında atəşə tutulması əks olunub.

Beynəlxalq Qırmızı Xaç cəmiyyətindən həmin ərazidə 22 hərbçinin cəsədinin aşkar olunduğu bildirilib. Onların Əfqanıstan ordusunun xüsusi təyinatlıları olduğu qeyd edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678