Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə səhiyyə nazirindən dördüncü dalğa barədə XƏBƏRDARLIQ

131 Baxış

Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca koronavirusun daha yolxucu “Delta” ştammı barədə açıqlama verib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayır.

“Dünyada artdığı kimi ölkəmizdə də “Delta” ştammı get-gedə artır. Hazırda Türkiyənin 36 vilayətində 750 nəfərdə “Delta” ştammı, 3 vilayətin 3 sakinində isə “Delta+” variantı taplıb”, – deyə o bildirib.

F.Qoca vurğulayıb ki, yenidən qapanma və məhdudiyyətləri məsləhət görmür, kütləvi immunitet formalaşana qədər hamının həssas davranmağını gözləyir.

Dördüncü dalğanın ola biləcəyi barədə xəbərdarlıq edən türkiyəli nazir deyib ki, sürətli peyvəndləmə və kütləvi immunitetin formalaşdığı təqdirdə bunun qarşısını almaq mümkün olacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678