Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Johnson & Johnson” peyvəndi nadir xəstəlik riskini artırır

132 Baxış

“Johnson & Johnson” şirkəti tərəfindən koronavirus peyvəndinin istifadəsi nadir autoimmun xəstəliyinin inkişaf riskini artıra bilər.

“The New York Times”ın məlumatına görə, ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin nəzdindəki Qida və Dərman İdarəsi tərəfindən bununla bağlı açıqlama verib.

Mütəxəssislərə görə, ABŞ-da bu dərmanı qəbul edən xəstələrdə, adi haldan təxminən üç-beş dəfə daha tez-tez “Guillain Barre sindromu” (süst iflic xəstəliyi) inkişaf edir.

İlkin məlumatlara görə, bu dərmanı qəbul edən insanlar arasında 100 nəfərdə bu sindrom müəyyən edilib.

O da bildirilir ki, bu vəziyyətdə olan xəstələr çox vaxt sağalır.

Tənzimləyici eyni zamanda “Johnson & Johnson” peyvəndinin faydalarının potensial zərərindən daha çox olduğunu vurğulamaq istəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678