Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tibet buzlaqlarında 28 naməlum virus tapılıb

119 Baxış

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində alimlər yeni kəşfə imza atıblar.

“Microbiomejournal”da qeyd edilir ki, Tibet Yaylasındakı Guliya buzlağından 2015-ci ildə götürülmüş nümunələr üzərində araşdırma aparılıb.

Təxminən 15 min ildir buzlaqlarda donmuş vəziyyətdə olan, 28-i bu günə qədər məlum olmayan 32 fərqli virusa aid genetik kodlar müəyyən edilib.

Onların yarısının əriyəndən sonra həyat qabiliyyətli olduğu ortaya çıxıb.

Qeyd edək ki, müasir iqlim şəraitində Tibet buzlaqları aktiv şəkildə əriyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678