Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfqanıstanda komendant saatı tətbiq ediləcək

256 Baxış

Əfqanıstan hökuməti ölkə ərazisində, üç vilayət xaric, gecə saatlarında komendant saatının tətbiq olunacağını bəyan edib.

“Agence France-Presse” bu barədə Əfqanıstan daxili işlər nazirliyinin açıqlamasına istinadən xəbər verib.

Rəsmi açıqlamada qeyd olunur ki, komendant saatının tətbiq edilməsinin əsas məqsədi ölkə ərazisində “Taliban” hərəkatının fəaliyyətinin qarşısını almağa xidmət edir.

Qeyd olunur ki, komendant saatı ölkənin 31 əyalətini əhatə edəcək və yerli vaxtla saat 22:00-04:00 aralığında tətbiq olunacaq.

Tətbiq ediləcək məhdudiyyətlərin nə qədər qüvvədə saxlanılacağı barədə məlumat verilməyib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678