Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Üç övladını ölümün pəncəsindən qurtaran ata boğularaq həlak oldu – FOTO

129 Baxış

Türkiyənin Bursa şəhərində ailəsini gəzintiyə aparan kişi faciəvi şəkildə həlak olub.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, 35 yaşlı ailə başçısı Abdullah Həmzə “Dəmirtaş” su bəndinin yaxınlığında üç övladı və xanımı ilə birgə piknik edib.

Onun üç azyaşlı övladı suya daxil olub və bir müddət sonra onlar boğulmaq təhlükəsi ilə üzləşiblər.

Suya atılan kişi övladlarını ölümdən qurtarsa da özü xilas ola bilməyib.

Hadisə yerinə dalğıclar onun cansız bədənini sudan çıxaraq aidiyyatı üzrə təhvil veriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678