Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusdan sağalanların kabusu: Bu xəstəliyə tutulanların yarısı ölür

128 Baxış

Dünyada koronavirusa qarşı peyvənd kampaniyasının aparıldığı bir zamanda, virus mutasiyaya uğrayaraq, yayılmaqda davam edir.

“Haber Global”ın məlumatına görə, COVID-19 artıq bu virusdan sağalanların da kabusuna çevrilib. Belə ki, xəstəlikdən qutulanları yeni və daha dəhşətli bir təhlükə – “qara göbələk” kimi tanınan mukormikoza gözləyir.

Üzdə yaranan ləkələr, görmə qabiliyyətinin itirilməsi və ölümə səbəb ola bilən xəstəlikdən qurtulmaq üçün bir çoxlarının gözü belə çıxarılır.

Hazırda “qara göbələk” Hindistan, Əfqanıstan, Nepal, Misir və Omanda yayılıb. Onun hər ötən gün öz əhatə dairəsini genişləndirdiyi bildirilir. “Qara göbələk” virusundan ölüm əmsalının isə 50% olduğu qeyd edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678