Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Əfqanıstan sərhədlərində hərbi təlimlərə başlayır

122 Baxış

Avqust ayının 5-10-u aralığında Tacikistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Harb-Maydon poliqonunda Rusiya, Tacikistan və Özbəkistan hərbçilərinin birgə iştirakı ilə təlimlər keçiriləcək.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hərbi təlimlərə ümumilikdə üç ölkədən 1 500-dən çox hərbçi, 300-ə yaxın silah və hərbi texnika cəlb ediləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678