Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Taliban” insanları güldürməyin “haram” olduğunu əsas gətirib komediya ustasının boğazını kəsdi – VİDEO

116 Baxış

Əfqanıstanın məşhur komediya ustası Nəzər Məhəmməd ağa Kaşa “Taliban” üzvləri tərəfindən öldürülüb.

“Sondakika” xəbər verir ki, bununla bağlı iranlı beynəlxalq jurnalist Tajuden Sorouş bildirib.

O qeyd edib ki, Qəndəhar komediya ustası Kaşa “taliban”çılar tərəfindən tutulub, maşının içində dəfələrlə döyülüb və öldürülüb.

İnsanları güldürməyin “haram” olması əsas gətirilərək “Taliban” tərəfindən ağaca bağlanaraq boğazı kəsilən sənətçinin meyiti dəhşətli vəziyyətdə tapılıb.

Qeyd edilir ki, ABŞ hərbi qüvvələrini Əfqanıstandan çəkəndən sonra ölkədə gərginliyi artıran “Taliban”ın insanlara təzyiqi çoxalıb.

This video shows the moment, Kandahari comedian, Khasha was arrested by the Taliban, Slapping him inside the car and then killed him. pic.twitter.com/E642Y52uto

— Tajuden Soroush (@TajudenSoroush) July 27, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678