Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə yanğınsöndürənlərə su daşıyan gənc faciəvi şəkildə həlak oldu – FOTO

125 Baxış

Türkiyənin Marmaris ərazisində baş verən meşə yanğınlarında yanğınsöndürənlərə su daşıyan Şahin Akdemir həlak olub.

“Hürriyet” xəbər verir ki, 25 yaşlı Akdemir könüllü olaraq, motosikletinə yerləşən qədər içməli suyu yanğınsöndürənlərə daşıyıb.

Ərazidən çıxarkən qəza keçirən gənc alovların arasında qalaraq ölüb.

Onun son paylaşımı insanları duyğulandırıb:

“Su daşımağa davam, yenə yanğınsöndürənlərə su daşıyacağıq. Allah xeyir işlərimizi qəbul etsin”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678