Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səlçuk Bayraktardan Türkiyədəki meşə yanğınlarına dair AÇIQLAMA

134 Baxış

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ulaş Karasunun ittihamına münasibət bildirib.

Xatırladaq ki, CHP-nin Türkiyə parlamentindəki üzvü ölkədəki meşə yanğınlarına münasibət bildirərkən “Yanğınlar zamanı İHA-lar (pilotsuz uçuş aparatları – red.) harada idi?” fikrini ifadə edib.

Səlçuk Bayraktar isə şəxsi “Twitter” səhifəsində parlamentarinin ittihamına cavab verib.

O qeyd edib ki, bəziləri yandırmağın dərdində olarkən digərləri ölkəni yanğından qorumağa çalışır.

“Hal-hazırda altı “BayraktarTB2” PUA-mız komandamızın üzvləri ilə birgə 7/24 xidmətdədir. 2020-ci ildə 345, son 60 gündə isə 86 yanğın hələ ilkin alışma mərhələsində müəyyən edilib. Biz meşələri qorumaq üçün var gücümüzlə işləməyə davam edəcəyik. Bəs siz?”, – Səlçuk Bayraktar onların şirkətinin fəaliyyətinə kölgə salmağa çalışan deputata cavabında vurğulayıb.

Birileri yakmanın, biz korumanın derdindeyiz…

Şu anda 6 #BayraktarTB2, ekibimizle birlikte 7/24 görevinin başında.

2020’de 345, son 60 günde ise 86 yangını henüz başlangıç aşamasında tespit etti.

Biz ormanları korumak için var gücümüzle çalışmaya devam edeceğiz. Ya siz? https://t.co/eGD6z62Yy2

— Selçuk Bayraktar (@Selcuk) July 30, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678