Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfqanıstanda BMT-nin qərargahına hücum olub: Ölən və yaralananlar var

125 Baxış

Əfqanıstanın Herat şəhərində BMT-nin yerli qərargahına hücum olub.

TASS xəbər verir ki, binanın artilleriya və qumbaraatanlardan atəşə tutulaması nəticəsində onu mühafizə edən əfqan polisinin bir əməkdaşı ölüb, bir neçəsi isə yaralanıb.

BMT təşkilatın Əfqanıstan missiyasına edilən hücumu qəti şəkildə pisləyib və günahkarların tezliklə müəyyənləşdirilərək cəzalandırılmasının vacibliyini vurğulayıb.

Həmçinin, gün ərzində Heratda “Taliban” yaraqlıları ilə hökumət qüvvələri arasında döyüşlərin getdiyi bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678