Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nigeriyada keşiş mələklərə rüşvət üçün pul yığılmasını istədi

110 Baxış

Nigeriyada xristian keşiş kilsəyə gələnlərdən mələklərin ələ alınması üçün ianə etməyi xahiş edib.

Bu barədə “Pulse” nəşri məlumat yayıb.

Din xadimi kilsə üçün vəsaitin toplanmasına həsr etdiyi moizəsində bildirib ki, pullar tanrının rəhmini onun bəndələri arasında paylaşdıran mələkləri satın alınması məqsədilə istifadə olunacaq.

“Mənim dualarımın sizin üçün də keçərli olmasının yalnız bir yolu var. Siz mənim mələklərimi ələ almalısınız. Pul vermək istəməyənlər, tanrının rəhmindən pay ala bilməyəcək və kasıb olaraq da qalacaqlar”, – deyə keşiş bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678