Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Olimpiadadan uzaqlaşdırılan belaruslu atlet ölkəsinə qayıtmaqdan imtina edib

120 Baxış

Belarusun yüngül atletika üzrə milli komandasının üzvü Kristina Timanovskaya ölkəsinə qayıtmaqdan imtina edib.

TASS xəbər verir ki, o, Avstriya hökumətindən sığınacaq istəmək qərarına gəlib.

İdmançının 100 və 200 metrə qaçıs yarışlarında iştirakı planlaşdırılıb. Lakin onun iki komanda yoldaşının dopinq testlərinin çatışmazlığı səbəbindən 4×400 estafet yarışından kənarlaşdırılmasından sonra yığmanın məşqçilər korpusu Timanovskayanın məhz bu distansiyada iştirakı barədə qərar verib.

Atlet qərara sərt şəkildə etiraz edərək, onu sosial şəbəkələrdə tənqid edib. Məşqçilər idmançının mənəvi-psixoloji durumunu nəzərə alaraq, onu yarışlardan uzaqlaşdırıb və evə qayıtmasını tövsiyə ediblər. Lakin Timanovskaya Belarusa qayıtmaqdan imtina edərək, Tokio hava limanında qaçqınların işi üzrə vəkillə görüşərək, müvəqqəti olaraq Yaponiyada qalmağa üstünlük verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678