Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Yanğınların söndürülməsinə dəstək məsələsində ən önəmli ölkə Azərbaycandır”

125 Baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı ortaq canlı yayımda media nümayəndələrinin suallarını cavablandırıb.

“Anadolu” xəbər verir ki, dövlət başçısı yanğınlara qarşı mübarizədə dəstək göstərən ölkələr arasında ən önəmlisinin Azərbaycan olduğunu bildirib. O, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə daha bir amfibiya təyyarənin Türkiyəyə göndəriləcəyini deyib.

“Bildiyim qədər sayları 50-dən çoxdur – beynəlxalq dövlətlər və təşkilatlar dəstəklərini ifadə ediblər. Hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Ən əsası Azərbaycandır. Təxminən 200 yanğınsöndürən, yanğınsöndürmə helikopterləri və əsgərlərlə yanğına qarşı mübarizə aparırlar.

Hörmətli İlham Əliyev təmirdən çıxacaq bir amfibiya təyyarəsindən danışdı. “Onu da göndərəcəyəm” dedi”, – Ərdoğan bəyan edib.

Həmçinin, Türkiyə prezidenti son bir həftə ərzində ölkədə 187 yanğın ocağının meydana gəldiyini, onlardan 172-nin nəzarət altına alındığını qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678