Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Alimlər bütöv bir şəhərin suya qərq olacağı barədə xəbərdarlıq etdilər – FOTO/VİDEO

154 Baxış

Britaniya İnkişaf Araşdırmaları İnstitutunun mütəxəssisləri Nigeriyanın Laqos şəhərinin daşqın səbəbindən yaşayış üçün yararsız hala düşə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Bu barədə CNN xəbər verir.

Bildirilir ki, yağış mövsümü şəhər əhalisini dizə qədər suda gəzməyə məcbur edir. Bir çox binanı su basıb, minlərlə avtomobil suya qərq olduğu üçün yararsız hala düşüb.

Qeyd edək ki, ümumiyyətlə mart-noyabr ayları Nigeriyada güclü yağışlar müşahidə edilir, daşqınlar da nadir hadisə deyil, ancaq bu il sel bütün rekordları qırıb.

Britaniya İnkişaf Araşdırmaları İnstitutu (IDS) vəziyyətin kəskin şəkildə pisləşəcəyini proqnozlaşdırırlar. Onların sözlərinə görə, nəticədə sakinlər şəhəri tərk etmək məcburiyyətində qalacaqlar. Kataklizm şəhərin iqtisadi fəallığını da iflic edir və artıq dörd milyard dollar ziyan vurub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678