Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sudanda sel 1500 ev və 20 məktəbi məhv etdi

128 Baxış

Sudanın şərqindəki Qadarif əyalətində şiddətli yağışların səbəb olduğu sel böyük dağıntılar törədib.

“TRT Haber” məlumat verir ki, bölgədə 1500 ev, 20 məktəb, eləcə də çox sayda ictimai əhəmiyyətli binalar yararsız vəziyyətə düşüb.

Məlumata görə, ölkənin Suvarma və Su Qaynaqları Nazirliyi patyaxt Xartumda daşqın xəbərdarlığı elan edib.

Təbii fəlakət nəticəsində hektarlala əkin sahələrinin, həmçinin 1300 baş iri mal-qaranın tələf olduğu bildirilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678