Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çində koronavirusa görə tədris ilinin açılışı təxirə salına bilər

125 Baxış

Çinin yoluxma riskinin yüksək olduğu bölgələrində məktəblərin açılışı təxirə salına bilər.

Bu barədə “Sinxua” məlumat yayıb.

Bildirilib ki, ilin sonunadək tədris müəssisələrində COVID-19-un profilaktikası və yayılmasına nəzarət başlıca prioritet olaraq qalacaq. Bununla əlaqədar, bütün məktəblərin rəhbərliyinə istənilən vəziyyətə hazır olmaq və tədris ilinin təhlükəsiz açılışını təmin etmək barədə göstəriş verilib.

Qeyd edək ki, hazırda Çin xəstəxanalarında 1812 koromavirus xəstəsi müalicə alır. Onlardan 527 nəfərində xəstəliyin heç bir əlaməti müşahidə olunmur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678