Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus milyonlarla insanı ac qoyub

133 Baxış

Təxminən 270 milyon insan cari ildə həyat üçün təhlükəli həddə qida çatışmazlığı ilə üzləşəcək (pandemiyadan əvvəl bu rəqəm 150 milyon idi).

“The New York Times”ın məlumatına görə, bu barədə BMT proqnoz verib.

Bildirilir ki, ərzaq böhranının ən ciddi mərhələsi sayılan “aclıq həddində” olanların sayı isə 34 milyondan (ötən il) 41 milyona yüksəlib.

Qeyd edək ki, ötən həftə BMT-nin Dünya Ərzaq Proqramı qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə hesabatında, önümüzdəki dörd ay ərzində dünyanın 23 bölgəsində yüksək aclıq vəziyyətinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Buna səbəb kimi silahlı qarşıdurmalar, pandemiyadan gələn iqtisadi böhran və iqlim böhranı göstərilir. Hesabatda söhbətin xüsusən Afrikadan getdiyini, amma Mərkəzi Amerika, Əfqanıstan və Şimali Koreyanın da təhlükə altında olduğu vurğulanır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678