Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə sərnişin avtobusu aşdı: 14 nəfər öldü

114 Baxış

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yerli mətbuatın məlumatına görə, hadisə Balıkesir – Edremit yolunda olub.

Sözügedən istiqamətdə hərəkətdə olan sərnişin avtobusu qəzaya uğrayıb.

Avtobusun yoldan çıxaraq aşması nəticəsində 11 nəfər hadisə yerində, üç nəfər isə xəstəxanada ölüb.

Qəza nəticəsində 18 nəfər xəsarət alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678