Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada quldurluq edən erməni əsilli boksçu həbs edildi

118 Baxış

Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan Perovskiy Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

TASS xəbər verir ki, o, Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanılmışdı.

Məlumata əsasən, hücum avqustun 4-də paytaxt kafelərindən birinin yaxınlığında baş verib. Avetisyan bir neçə nəfərlə əlbir olub, əvvəlcədən planlaşdırılmış şəkildə Moskva sakininə hücum edib. 

Bildirilir ki, idmançı və dəstəsi həmin şəxsi qarət edib, onun 900 min rublunu oğurlayaraq gizləniblər. Bir gün sonra isə cinayətkarlar polis tərəfindən saxlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678