Roma Papasına içərisində güllələr olan zərf göndərilib
87 Baxış

Roma Papası Fransiskə Fransadan içərisində üç güllə olan zərf göndərilib.
Bu barədə yerli “Corriere della Sera” qəzeti məlumat yayıb.
Bildirilir ki, zərf Milanda çeşidləmə məntəqəsində aşkarlanıb.
Güllələrin yanında Vatikandakı maliyyə əməliyyatlarından bəhs edən bir qeyd də olub.
Zərf müsadirə olunub, istintaqa başlanılıb.
Məlumat oxu.az saytından götürülmüşdür.