Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Olimpiya oyunlarına yeni idman növü daxil edilə bilər

156 Baxış

Avstraliya Netbol Federasiyası bu idman növünün Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.

 Bu barədə “ABC News” məlumat yayıb.

“Netbolu dünyanın 80-dən çox ölkəsində 20 milyondan çox insan oynayır. Bu oyun Olimpiadada təmsil olunmağa layiqdir”, – deyə Avstraliya Netbol Federasiyasının baş direktoru Kelli Rayan vurğulayıb.

Qeyd edək ki, netbol basketbola bənzər idman növüdür.

İdmanın bu növündə topu əldə edən idmançıya hərəkət etmək qadağandır və hər idmançı topu səbətə ata bilməz.

Netbol Avstraliyada ən populyar idman növüdür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678