Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan parlamentində qalmaqal: Spiker Paşinyana “kapitulyant” deyən deputatı zaldan qovdu

124 Baxış

Ermənistan parlamentində müxalifət-iqtidar davası getdikcə qızışmağa başlayır.

“Sputnik Ermənistan”ın məlumatına görə, Ermənistan parlamentinin spikeri Alen Simonyan “Mənim şərəfim var” blokunun deputatı Anne Mkrtçyanın parlamentin 11 avqust iclasında iştirakını qadağan edib.

Buna qədər artıq deputata çıxışı zamanı baş nazir Nikol Paşinyanı adı ilə müraciət etdiyi və onu “kapitulyant” adlandırdığı üçün xəbərdarlıq edilib. Bu dəfə isə “Vətəndaş sazişi” partiyasından olan deputat Eduard Ağacanyanın Xarici Əlaqələr üzrə daimi komissiyanın rəhbəri vəzifəsinə namizədliyinin müzakirəsi zamanı Mkrtçyan hakimiyyəti kəskin tənqid edib və son sözləri bu cür olub: “Bütün bunların günahkarı isə sizin kapitulyant Nikolunuzdur”.

Dərhal müdaxilə edən spiker deputatın mikrofonunun söndürülməsini tələb edib.

“Mən günün sonuna qədər sizin iclasda iştirakınızı qadağan edirəm. Zalı tərk edin, yoxsa mühafizə əməkdaşları sizi çıxaracaqlar”, – deyə spiker bildirib.

Müxalifət nümayəndələri ilə spiker arasında söz-söhbət bundan sonra da davam edib. Alen Simonyan “Vətəndaş sazişi” partiyasının üzvlərinə müraciət edərək onları “davakar” adlandırdığı müxalifət nümayəndələrinə reaksiyaya verməməyə çağırıb.

O, həmçinin müxalifəti daha sərt tədbirlər görməklə hədələyib. Parlamentin spikeri eyni zamanda müxalifət nümayəndələrini lağa da qoyub və bildirib ki, onların bu cür çıxışlarına səbəb “çoxlu pul xərclədikləri” seçkidə məğlub olmalarıdır.

Əslində, Ermənistan parlamenti ölkədə olan real mənzərəni təsvir edir. Hakimiyyət tənqidə dözümsüz yanaşır, ona qarşı müxalif fikirləri hər vəchlə boğmağa çalışır, müxalifət isə çirkin əməllərində heç də ondan geri qalmır. Sözügedən vəziyyət Ermənistan parlamentində yuxarıda qeyd olunan halların getdikcə çoxalmasına və daha kəskin xarakter almasına gətirib çıxarır. Ölkə parlamenti isə qanunverici orqan kimi mahiyyətini itirib, siyasi ehtirasların tüğyan etdiyi teatr səhnəsinə çevrilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678